İran parlamenti ölkə başçısı Mahmud Əhmədinejaddan iqtisadi problemlərlə bağlı açıqlama üçün imza toplamağa başlayıb. Prezidentin bahalılıq, infilyasiya və digər iqtisadi problemlərlə əlaqədar suallara cavab verməsi üçün artıq lazım olan imzanın toplandığı bildirilib. Məsələ ilə bağlı 290 millət vəkilindən 93-nün imzaladığı təklif layihəsi çərşəmbə günü Milli Məclisin daxilində müvafiq quruma təhvil veriləcək. Layihə qəbul olunsa, prezident millət vəkillərinin suallarını cavablandırmaq məcburiyyətində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB