"Terminator" Hitlerə pərəstiş edirmiş

Məşhur Hollivud ulduzu, hazırda siyasi fəaliyyətlə məşğul olan Arnold Şvarsneyqer cavanlığında nasist lideri Adolf Hitlerə rəğbət bəslədiyini deyib. "Mən belə bir fəlsəfə ilə çıxış edirdim ki, bəzi insanlar idarə etmək, yerdə qalanlar isə idarə olunmaq, onların arxasınca getmək üçün yaranıblar. O zaman mən böyük diktatorları yada saldım. Hitlerin danışmaq və insanları inandırmaq bacarığına rəğbətlə yanaşırdım, amma onun işlərinə yox".

Qeyd edək ki, məşhur "Terminator" filminin qəhrəmanı A.Şvarsneyqer illər ərzində Hitlerə simpatiyasının olduğunu inkar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə