Ermənistanın Milli təhlükəsizlik xidməti keçmiş xarici işlər naziri, "Çiçəklənən Ermənistan" deputat fraksiyasının üzvü Vardan Oskanyana qarşı rəsmi ittiham irəli sürüb. Erməni mətbuatı xəbər verir ki, çirkli pulların yuyulmasında suçlandırılan Oskanyan ittihamları qəbul etməyib və o, sualları cavablandıqmaqdan boyun qaçırıb. Deputatın vəkili Tiqran Atanesyan bildirib ki, hələlik eks-nazirin fəaliyyətilə bağlı qadağalar qoyulmayıb.
Xatırladaq ki, ötən həftə Ermənistan palrmentinin millət vəkilləri Baş prokurorun müraciətinə əsasən Oskanyanı deputat toxunulmazlığından məhrum etmişdilər. Müxalifət təmsilçiləri isə səsverməyə boykotla cavab vermişdilər. Oskanyanın özü ona qarşı edilənləri siyasi sifariş adlandırmışdı.
Bir neçə gün öncə Baş Prokurorluğun mətbuat katibi Sona Truzyan bilridmişdi ki, sabiq nazirə dəvətnamə göndərilib və o, oktyabrın 8-də istintaqda olmalıdır. Ehtimal edilir ki, Oskanyan bu gün dindirilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB