4-cü dəfə prezident seçildi

Venesuelada keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. SİA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, seçkinin qalibi Uqo Çaves olub. Çaves seçicilərin 54,42 faizinin səsini qazanıb. Bununla da o, 4-cü dəfə prezident olub. Onun əsas rəqibi Enrike Kapriles isə 44.97 faiz səslə ikinci olub.

Nəticələr açıqlanan kimi Çavesin tərəfdarları paytaxt Karakas küçələrinə tökülüblər. Qələbə atəşfəşanlıqla qeyd edilib.

Qeyd edək ki, Çaves qələbə çalsa da, bu onun iştirak etdiyi seçkilərdə qazandığı ən az səs olub. Dörüdüncü dəfə dövlət başçısı seçilən Uqo Çaves 2019-cu ilə qədər bu postu tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə