Venesuelada bu gün keçirilən prezident seçkilərində müxalifətin namizədi Enrike Kaprilesdir
Bu gün Venesuelada prezident seçkiləri keçiriləcək. İTAR-TASS-ın verdiyi məlumata görə, seçkidə iştirak üçün 19 milyona yaxın seçici qeydiyyata alınıb. Seçkilərdə təhlükəsizliyi 139 min hərbçi təmin edəcək. Hərbi patrullar ölkədə 13 min seçki məntəqəsinin fəaliyyət göstərəcəyi bütün bölgələrinə səpələnib.
Prezidentliyə 6 nəfər iddia etsə də, əsas mübarizə fəaliyyətdə olan prezident Uqo Çaves və müxalif Demokratik Vəhdət blokunun namizədi Enrike Kapriles arasında gedəcək.
Uqo Çaves hakim Vahid Sosiolist Partiyasının namizədi olsa da, daha 10 partiya, o cümlədən, kommunistlər və "Tapamaros" inqilabi hərəkatı onun namizədliyini dəstəklədiyini bəyan edib. Enrike Kapriles isə Demokratik Vəhdət blokunda birləşən 22 siyasi partiyanın vahid namizədidir.
Əgər bu günkü seçkilərin mahiyyətini ümumiləşdirsək, Venesuela Uqo Çavesin timsalında sosializm və onun əsas rəqibi Enrike Kaprilesin timsalında kapitalizm arasında seçim etməlidir.
Seçkiqabağı kampaniya dövründə Uqo Çaves dəfələrlə bəyan edib ki, onun iqtisadiyyatın inkişafı kursu doğrudur. Çünki məhz sosialist islahatları yoxsulluğun əhəmiyətli şəkildə azalmasına səbəb olub və perspektivlə kapitalist keçmişin bu acı qalığı tamamilə aradan qalxacaq. Enrike Kapriles isə bəyan dib ki, yalnız özəl təşəbbüs Veensuelanı geniş intibah yoluna çıxara bilər. Onun fikringə, Uqo Çavesin iqtisadi modeli dalana dirənən inkişaf yolunur və bu dünya tarixində dəfələrlə isbat olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB