“Türkiyə Suriyanı bir neçə saata dağıdar”

“Türkiyə Suriyanı bir neçə saata dağıdar”

"Hökumətin Suriya ilə bağlı qərar verməsi o demək deyil ki, Türkiyə müharibə aparacaq". Bu sözləri Türkiyənin Avropa Birliyi üzrə nümayəndəsi, nazir Egemen Bağış söyləyib.

Onun sözlərinə görə, Türkiyə istəsə Suriyanı bir neçə saat ərzində darmadağın edər: "Biz şərəfli tarixi olan ölkəyik. Türkiyə müharibəyə meylli ölkə olsaydı təyyarənin salınmasını bəhanə edərək Suriyanı yerlə-yeksan edərdi. Bu gün Türkiyənin hərbi gücü Suriyanı bir neçə saat ərzində yox etməyə qadirdir. Amma biizm Suriya xalqı ilə heç bir problemimiz yoxdur. Bizim qonşularımızla, dostlarımızla, heç bir ölkənin xalqı ilə problemimiz yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə