Büdcə kəsirləri 1 trilyon dolları ötdü!

Büdcə kəsirləri 1 trilyon dolları ötdü!

Artıq dördüncü il dalbadal dünyanın iqtisadiyyat nəhənginin büdcə kəsirləri 1 trilyon dolların üzərində olur. Bu rəqəmləri ABŞ Konqresinin büdcə idarəsi dərc edib. ABŞ-da 2012-ci maliyyə ili sentyabr ayının 30-da yekunlaşıb. Dərc olunmuş rəqəmlərə əsasən büdcə kəsirləri 1,1 trilyon dollar olub.

Oktyabr ayının ortalarında isə "Ağ ev" büdcə kəsirləri üzrə öz rəqəmlərini açıqlayacaq. ABŞ büdcəsinin ən irihəcmli kəsiri 2009-cu ildə qeydə alınıb. O zaman Federal büdcənin kəsirləri 1,4 trilyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə