Qərbdən Əsədə məsləhət

Belçika Suriyanın atdığı bomba nəticəsində Türkiyədə 5 vətəndaşın həyatını itirməsinə mənfi reaksiya verib. Belçikanın xarici işlər naziri Didiyer Reynders türk jurnalistlərə verdiyi açıqlamada baş vermiş hadisədən kədərləndiyini, bu səbəbdən də Türkiyənin yanında olduqlarını qeyd edib. Həmçinin nazir Suriyanı qınadığını bildirib. Reynders dövlət başçısı Bəşər Əsədin hakimiyyətdən getməsini, müxaliflərə isə müttəfiq olmaqlarını məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə