Türkiyənin Diyarbəkir vilayətində jandarm qüvvələrinin Milli İstihbarat Təşkilatı (MİT) ilə ortaq keçirdiyi əməliyyatda PKK terror təşkilatına aid 15.5 ton müxtəlif təyinatlı narkotik maddə ələ keçirilib. Əməliyyatdan sonra terrorçuların hücumu nəticəsində bir jandarm nəfəri yüngül xəsarət alıb.
Qeyd edək ki, 300 nəfərin iştirak etdiyi əməliyyata hərbi hava donanmasının "Kobra" və "Skorsky" helikopterləri də dəstək verib. 3 narkotik itinin də iştirak etdiyi əməliyyatda 60 000 kök narkotik məhv edilib, 5 nəfər isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ələ keçirilən narkotikin dəyərinin isə 17 milyon lirə (7 milyon 432 000 manat) olduğu bildirilir. Rəsmilər bu əməliyyatla terror təşkilatına böyük məbləğdə maddi ziyan vurulduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB