Türkiyənin cavab atəşi sərt oldu

Türkiyənin cavab atəşi sərt oldu

Türkiyə ordusu Suriya ərazisini atəşə tutub. Türkiyə mediası xəbər verir ki, buna səbəb qarşı tərəfdən sərhədyanı Hatay məntəqəsinin atəşə tutulması olub. Məlumata görə, Suriya ərazisindən açılan atəş minaatan vasitəsilə həyata keçirilib. Ölən və yaralananlar barədə xəbər verilmir.

Qeyd edək ki, bu, son günlərdə Türkiyə-Suriya sərhəddində olan artıq ikinci analoji insidentdir. Suriya tərəfdən açılmış ilk atəş oktyabrın 3-nə təsadüf edib. Həmin vaxt Türkiyə ərazisində 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Təbii ki, Ankara bunu cavabsız qoymayıb.

Onu da deyək ki, oktyabrın 4-də Türkiyə Böyük Millət Məclisi Suriya ərazisində transsərhəd hərbi əməliyyatlarının aparılmasına qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə