PKK terror təşkilatının Suriya qolu olan PYD Türkiyə sərhədinə yaxın şəhər və qəsəbələrdə fəallıq nümayiş etdirməyə başlayıb. PYD artıq qondarma Kürdüstan xalq briqadaları ordusunun yaradıldığını elan edərək, bunun dövlət qurmaq yolunda ilk addım olduğunu bildirib.
Məlumata görə, PYD Qobani, Qamışlı, Amudə, Dərika, Hamko, Afrin, Tırbe Sıpi və Sərakani kimi kürdlərin kompakt yaşadığı yerlərdə asayişi təmin edəcəyini qeyd edib. Bütün partizan qrupları öz ətrafında birləşməyə dəvət edən PYD bunun xaricində olan qruplaşmaları ləğv edəcəyini elan edib.
Xatırladaq ki, PYD daha əvvəl də Şanlıurfa vilayəti Suruc rayonunun paralelində olan Qobanidə "Tolhildan" (Öcalan) və Qaziantep vilayətinin paralelində olan Afrində "Şəhid Çəkdar" adlı muzdlu əsgər düşərgələri qurmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB