Stadionda partlayış baş verdi

İraqın Səlahəddin əyalətinin Türkmən Tuzhurmatu rayonunda keçirilən futbol qarşılaşmasında iki partlayış baş verib. "Doğan" agentliyi (DHA) xəbər verir ki, partlayışların hədəfi rayonda keçirilən futbol turnirinin final qarşılaşmasında iştirak edən türkmən rəsmiləri olub.

İlk partlayış Səlahəddin valisinin müavini Əhməd Qoca stadiona girərkən qapılardan birinin arxasında baş verib. Bu vaxt biri azyaşlı olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Partlayışdan sonra futbolçular və tamaşaçılar təlaşla stadionda qaçışmağa başlayıb. Daha sonra stadiondan silah səsləri gəlməyə başlayıb.

İkinci partlayış isə rəsmilərin oturması üçün nəzərdə tutulmuş yerdə baş verib. Bu vaxt xəsarət alan olmayıb.

Qeyd edək ki, hər iki partlayışı hadisə yerində olan DHA müxbiri kamera ilə çəkməyə müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə