Azad Suriya Ordusu İranı hədələdi

Azad Suriya Ordusu İranı hədələdi

"Əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, 2 ay öncə paytaxt Dəməşqin "Zeynəbiyyə" bölgəsində Azad Suriya Ordusunun qanadı sayılan əl-Bura qruplaşması tərəfindən oğurlanan iranlı zəvvarların həyatları təhlükədədir. Qruplaşma yaydıqları video-müraciətdə, hökumətdən 48 saat ərzində Azad Suriya Ordusu döyüşçülərinin azadlığa buraxılmasını tələb edib. Onlar açıqlayıb ki, əks-halda girov götürülən 44 iranlı zəvvar öldürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə