Ermənilər Gürcüstandan qovula bilər

“Gürcü arzusu” partiyasının lideri: "Onların vətəni yaxınlıqdadır, gedə bilərlər"
Ermənilər Gürcüstandan qovula bilər

Parlament seçkilərində qələbə qazanan "Gürcü arzusu" partiyasının lideri Bidzina İvanişvili "The New Times" qəzetinə açıqlamasında ermənilərin nə üçün Gürcüstanda yaşadıqlarını anlamadığını deyib.

Müxbirin ona nə üçün Fransadan Gürcüstanda qayıtdığını soruşanda İvanişvili bildirib ki, evə qayıtmaq gürcülərin genetik xüsusiyyətləridir: "Biz gürcülər elə qəribəyik ki, biz öz torpağımıza bağlıyıq. Bizim belə xarakterimiz var. Məsələn, burada bizdə ermənilər yaşayır. Mən heyrətlənirəm. Onların vətəni yaxınlıqdadır, lakin onlar burada yaşayırlar. Sizin üçün güman ki, belə bir məsələ yoxdur. Mənim üçün isə anlaşılmazıdr. Mən Fransada, bir il Amerikada yaşadım. Yuxumda kəndimi, öz torpağımı görməyə başladım...".

Bütün xəbərlər Facebook səhifəmizdə