Prezidentlər görüşəcək

Rusiya prezidenti Vladimir Putin Tacikistana səfər edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ölkə prezidenti Emoməli Rəhmonla danışıqlar və Rusiyanın 201-ci hərbi bazasına baş çəkməsi planlaşdırılıb.

Qeyd edək ki, 201-ci hərbi baza Rusiya xaricində ən iri hərbi baza və Orta Asiyanın ən güclü hərbi hissələrindən biridir. İyul ayının əvvəlində Rusiyanın Müdafiə Nazirliyi tərəflərin bazanın orada qalması şərtlərini danışmayınca, bazanı maliyyələşdirməkdən imtina etmişdi. Verilən məlumata görə, baza Tacikistan ərazisində hələ 20-30 il qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə