Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanın MDB-yə qayıtması üçün əlindən gələni edəcək. Bunu Lukaşenko "Mir" telekanalına müsahibəsində deyib: "Gələn il MDB sammiti çox güman ki, Minskdə keçiriləcək. Ona görə də mən hər vəchlə bu ölkənin birliyə qayıtması üçün çalışacaq. Bu, artıq mənim funksiyam olacaq".
Lukaşenko hesab edir ki, əgər Saakaşvilinin partiyası seçkilərdə qalib gəlsəydi, Gürcüstan prezidenti gələn il ölkəsini MDB-yə gətirəcəkdi. Onun sözlərinə görə, Belarus bu istiqamətdə iş görəcək. "Biz Gürcüstanı itirməməliyik", - deyə Belarus prezidenti vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB