"Bu Suriyanın Türkiyəyə son hücumu olmayacaq"

"Bu Suriyanın Türkiyəyə son hücumu olmayacaq"

Suriya Milli Şurasının üzvü Yasər Al Nagar Akçakaleyə top mərmisinin düşməsiylə əlaqədar: "Bundan əvvəl də Türkiyə, İordaniya, Livan sərhədlərinə bombardman olmuşdu. Bu Bəşər Əsəd rejiminin nəticəsidir. Məqsəd Suriyadakı xalqı cezalandırmak. Suriyadakı rejim uşaqları, xalqı öldürən rejimdir. Bu döyüşün Türkiyəyə də təsir etməsi istənilir. Günahsız insanları öldürən bu rejimin bir an əvvəl Türkiyə və digər ölkələr tərəfindən dayandırmalıdır. Bu Suriya rejiminin Türkiyəyə qarşı etmiş olduğu ilk hücum deyil, son da olmayacaq. Türkiyənin bu rejimə qarşı çox ciddi addımlar atması lazımdır" deyib.

İki ölkə arasında PKK-lı terroristlərin Suriyadan Türkiyəyə keçməsini qadağan edən bir razılaşmanın olduğunu, amma Suriya rejiminin bu razılaşmanı tətbiq etmədiyini söyləyən Yasər Al Nagar: "Türkiyə Suriyadan PKK-lıların Türkiyə sərhəddini keçməməsi və sərhəddəki insanların qorunması üçün əlindən gələni edə bilər. Bu mövzuda Türkiyə hökuməti parlamentdən və xalqdan dəstək almalıdır. Türkiyə döyüş elan etmədən NATO-daki ölkələrlə razılaşma əldə edə bilər" ifadə edib.

Hataydakı mühacir düşərgələrində Əsad tərəfindən yerləşdirilən qrupların da ola biləcəyini söyləyən Al Nagar: "Bəşar Əsad bundan əvvəl də belə etmişdi. Öz siyasi yandaşlarını bu düşərgələrə göndərməsi artıq onun üçün normaldır. Mühacirlər artdıqca problemlər daha da böyüyəcək, Türkiyə hökuməti daha çətin vəziyyətlərə düşəcək. Xarici İşlər Nazirliyi bundan əvvəl verdiyi şərhdə: "ən çox 50 min mühacir qəbul edəcəyik" demişdi, amma daha sonra mühacir sayı 100 min nəfərə qədər artdı. İndi isə mühacirlərin sayı 100 mini keçdi"-deyə danışıb.

Türk xalqına təşəkkür edən Al Nagar: "İnşallah irəliləyən günlərdə Suriya xalqı bu rejimdən xilas olduqdan sonra türk xalqının bu etdiyini unutmayacaq"-deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə