Dünyanın ən nüfuzlu 20 qadını

Dünyanın ən nüfuzlu 20 qadını

Məşhur "Forbes" jurnalı dünyanın 20 ən nüfuzlu qadınının adını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahının 1-ci pilləsində almaniyalı siyasətçi Angela Merkel qərarlaşıb. 58 yaşlı bu xanım artıq 6-cı dəfədir dünyanın ən zəngin qadınları siyasına liderlik edir.

2-ci yerdə ABŞ Dövlət katibi 64 yaşlı Hillari Klinton dayanıb.

3-cü pillədə Braziliyanın 63 yaşlı prezidenti Dilma Russeff qərarlaşıb.

4-cü yerdə Microsoft şirkətinin təsisçisi Bill Qeytsin həyat yoldaşı Melina Qeyts olub. 48 yaşlı xeyriyyəçi xanım dünyanın ən uğurlu biznes-ledilərindəndir.

5-ci yerdə 58 yaşlı mətbuat işcisi Djill Abramson dayanıb.

6-ci pilləyə Hindistanın 65 yaşlı siyasətçi xanımı Sonya Qandi laiq görülüb.

7-ci pillənin sahibi ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı, 48 yaşlı siyasətçi Mişel Obamadır.

8-ci yerdə isə Fransalı iqtisadçı, 56 yaşlı Kristin Laqard qərarlaşıb.

Amerikalı siyasətçi xanım, 54 yaşlı Janet Napolitano isə 9-cu pillədə yer alıb.

10-cu yerdə "Facebook"un əməliyyat direktoru, 48 yaşlı Şeril Sendberq dayanıb.

11-ci pillənin sahibəsi 58 yaşlı televiziya işcisi Opra Yunfri olub.

12-ci pillədə "PepsiCo"nun rəhbəri İndra Nuyi dayanıb.

13-cü pillədə "Kraft Foods"un baş meneceri, 54 yaşlı Ayren Rozenfeld dayanıb.

Siyahıda 14-cü pillə dünyanın ən qalmaqallı və məşhur ifaçılarından olan 26 yaşlı Ledi Qaqadır.

15-ci yerin sahibəsi "İBM" şirkətinin 54 yaşlı direktoru Virdciniya Rometti olub.

Argentina prezidenti, 59 yaşlı prerzidenti Krisina Fernandes de Kirşner isə siyahıda yalnız 16-cı pillədə qərarlaşıb.

17-ci yerdə "Xerox" şirkətinin 53 yaşlı direktou Ursula Berns dayanıb.

Amerikada fəaliyyət göstərən "Hewlett-Packerd" şirkəinin 56 yaşlı prezidenti Meq Uitmen isə 18-ci pillənin sahibəsidir.

19-cu yerdə Myanmanın 67 yaşlı deputatı Aun San Su Cjidor dayanıb.

Siyahının sonuncusu isə Braziliyanın "Petrobras Petroleo Brasil" şirkətinin 58 yaşlı direktoru Maria das Gracas Silva Fosterdir.

Bütün xəbərlər Facebook səhifəmizdə