Amerika xalqının prezident seçkilərindəki qərarında əhəmiyyətli rol oynayan televiziya müzakirələrinin birincisi Prezident Barak Obama və Respublikaçı rəqibi Mitt Romney arasında dünən axşam baş tutub. 6 noyabrdakı seçkilərə təxminən bir ay qalmış, Kolorado əyalətindəki Denver Universitetində keçirilən və televiziyalardan canlı yayımlanan ilk "duel" daxili siyasət mövzuları üzərində qurulub.
Təcrübəli xəbər aparıcısı Jim Lehrer tərəfindən idarə olunan və 90 dəqiqə davam edən "duel"də Barak Obama və Mitt Romney, iqtisadiyyat, vergilər, sağlamlıq islahatı və s... mövzuları müzakirə edib və bir-birlərindən fərqli siyasətlər təklif ediblər.
Barak Obama qeyd edib ki, vəzifəyə gəldiyi müddətdə Amerika ən pis iqtisadi böhran içində idi, amma yeritdiyi doğru siyasət nəticəsində bu aradan qaldırılıb. Obama özünü ABŞ-ın xilaskarı adlandırıb.
Respublikaçı namizəd Romney isə, Prezidentin bu 4 il ərzində tutduğu yolun doğru yol olmadığını və Amerikanın yeni bir yola ehtiyacı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB