Türkiyə Ordusunun sərhəddənkənar hərbi əməliyyatlara (təzkirə) başlaması ilə bağlı qərar layihəsini Nazirlər Kabineti təsdiqləyib. SİA-nın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Həmin sənəd bu gün Bakı vaxtı ilə saat 12.00 ali qanunverici orqanın növbədənkənar iclasında səsverməyə çıxarılacaq. Qanun layihəsi təsdiqlənsə, Türkiyə Ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriya ərazisinə daxil olub, hərbi əməliyyatlar aparacaq.
Qeyd edək ki, oktyabrın 3-də Suriya hökumətinə aid olan silahlı qüvvələrin Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsinə silahlı zərbələr endirməsi 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin isə yaralanması ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB