Suriyanın atdığı top mərmisi nəticəsində Türkiyənin Akçakale qəsəbəsində 5 nəfər ölüb, 10 ağır yaralanıb. Türkiyə rəsmilərinin əmrilə silahlı zərbələrə cavab verilib. Daha sonra Rəcəb Tayyip Ərdoğanın göstərişilə Xarici İşlər Nazirliyi bununla bağlı məlumat yaymağa başlayıb. Baş verən hadisə ilə əlaqədar beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb. BMT baş katibi Ban Ki Moon və BMT Təhlükəsizlik Şurasının üzvü olan bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparılıb. NATO-nun baş katibi Anders Fogh Rasmussenlə də telefonla danışılıb, NATO Baş Məclisinin dərhal iclas keçirilməsi qərara alınıb.
Türkiyə bu hadisələrə görə sərt cavab verərək, məsələyə beynəlxalq hüquq çərçivəsində baxılmasını vurğulayıb.
Həmçinin verilən bəyanatda Suriyanın türk xalqa qarşı edilən mənfi hjərəkətlərin cavabsız qalmayacağı da göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB