Rəsmi Ankara BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib ki, Suriya Türkiyəyə qarşı aqressiv hərəkətlərə son qoysun və bu ölkənin suverenliyinə hörmətlə yanaşsın. SİA-nın məlumatına görə, BMT-nin TŞ-da sədrlik edən Qvatemala nümayəndəsi Hert Rozintala ünvanlanan məktubda deyilir ki, Türkiyənin Şanlıurfa rayonunun Suriya tərəfindən atəşə tutulması "təcavüz aktıdır".
Hal-hazırda Təhlükəsizlik Şurası insidentlə bağlı birgə bəyanatın ilkin versiyasını müzakirə edir.
Qeyd edək ki, TŞ Türkiyənin Suriya tərəfindən "təcavüz aktına" məruz qalması faktı ilə razıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB