Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Hilari Klintonla Türkiyə Suriya sərhədində baş vermiş insidentlə bağlı telefonla məsləhətləşmələr aparıb. SİA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, xanım Klinton Suriyanın Türkiyə ərazisini insan tələfatı ilə nəticələnən atəşə məruz qoymasını qəti şəkildə pisləyib və bildirib ki, ABŞ, NATO və BMT Türkiyəyə ərazi bütövlüyünün müdafiəsində tam dəstək verəcək.
Telekanalın məlumatına görə, son hadisələrlə bağlı Davudoğlu Fransa, Almaniya, Azərbaycan və Pakistan XİN rəhbərini məlumatlandırıb.
Xatırladaq ki, Türkiyə artileriyası Suriyada bir neçə nöqtəyə zərbə endirib. Bu zərbə Suriya hökumətinə aid olan silahlı qüvvələrin oktyabrın 3-də Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türk vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən artileriya zərbələrinə cavab olaraq endirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB