Bu gün Parisin Luvr muzeyinin önündə ucaldılmış Veneranın abidəsi önünə toplaşan FEMEN təşkilatının üzvləri çılpaq aksiya keçiriblər. SİA-nın hərəkatın rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiya zamanı yarıyadək çılpaq olan qızlar bədənlərinə müxtəlif şüarlar yazaraq abidənin üstünə "Məni zorla - mən ağılsızam" yazılmış plakat asıblar. FEMEN hərəkatının üzvləri "Buna son qoymaq üçün mənim əlim var" devizi altında aksiyalarını keçiriblər.
Bununla hərəkat üzvləri bu yaxınlarda polislər tərəfindən əvvəlcə zorlanan, sonra isə polisə müqavimət adı ilə günahlandırılan tunisli Məryəm adlı qıza dəstək olduqlarını bəyan eiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB