Qırğızıstan paytaxtı Bişkekdə müxalifətin təşkil etdiyi etiraz aksiyası polislə qarşıdurmaya yol açıb. Ata-Yurd partiyasının lideri Kamçıbek Taşıyevin də yer aldığı aksiyada etirazçılar qızıl mədənini istismar edən Kanadanın "Kumtör" şirkətinin milliləşdirilməsini tələb edib. Tələblərinə parlamentdə baxılmadığını deyən Taşıyev Kanada şirkətinin ödədiyi vergilərin ölkə büdcəsinə daxil olmadığını iddia edir.
Nümayişdəki çıxışların ardından yüzlərlə aksiyaçı parlament binası və prezident qərargahının yer aldığı Ağ Evə doğru irəliləyib. Bir qrup etirazçı parlament binasını ələ keçirmək üçün Ağ Evin hasarlarını aşıb, bu zaman polis qüvvələri məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. Tərəflər arasında toqquşma yarandığı, azı 12 nəfərin yaralandığı bildirilir. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Aksiyadan sonra xeyli sayda etirazçının saxlanıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB