Terror qurbanlarının sayı 365-ə çatıb

Terror qurbanlarının sayı 365-ə çatıb

İraq əhalisinin yaddaşlarında sentyabr ayı qırmızı hərflərlə yazılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçən bir ay ərzində ölkədə terror qurbanlarının sayı iki dəfə artaraq 365-ə çatıb. Bu son iki ildə qeydə alınan ən yüksək göstəricidir.

Terror qurbanlarının çoxu bomba hücumları zamanı həlak olub. Keçən ayın ən qanlı günü isə sentyabrın 9-u olub. Həmin gün ərzində ölkədə törədilən partlayışlar nəticəsində 100-dən çox insan həyatını itirib. Hücumlarda əsasən şiələr hədəf alınıb və "Əl Qaidə"nin İraqdakı qoluna aid olan sünnilər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, sentyabrda terror qurbanı olanların 182-i mülki şəxs, 95-i əsgər, 88-i isə polis əməkdaşı olub. Hücumlar zamanı həmçinin 683 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə