ABŞ-da fəaliyyət göstərən Çinə məxsus bir şirkət prezident Barak Obamanı məhkəməyə verib. SİA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, buna səbəb Obamanın milli təhlükəsizliyi əsas gətirərək, çin firmasının həyata keçirmək istədiyi külək dəyirmanları layihəsinin qarşısını alması olub.
Özəl firma olan "Ralls Corp" bu ilin əvvəlləri Oreqonda ABŞ dəniz donanması bazası yaxınlığında 4 külək dəyirmanı tikmək üçün razılıq əldə edib. Ancaq keçən həftə ABŞ prezidenti Barak Obama bu razılaşmanı qadağan edən fərman imzalayıb. Bunun nəticəsində Obamanı məhkəməyə verən şirkət onun səlahiyyətlərini aşdığını irəli sürür.
Qeyd edək ki, Obamanın imzaladığı fərman nəticəsində "Ralls Corp" şirkəti külək dəyirmanları lahiyəsindən əl çəkməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB