Qroznıda Almaniya vətəndaşını olan biznesmenindən pul almaq məqsədilə oğurlatdıran 29 yaşlı Ermənistan vətəndaşı həbs edilib. Məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə əsasən, sentyabrın 27-də 51 yaşlı Almaniya vətəndaşı oğurlanaraq Çeçenistan paytaxtındakı şəxsi evlərin birinə aparılıb. Banditlərin sserarisinə görə, iş adamı ilə birgə guya onun erməni dostu da oğurlanıb.
Sentyabrın 28-də biznesmeni oktyabrın 2-dək 100 milyon rubl gətirib vermək şərtilə azad ediblər. Oğrular onun təyyarə ilə Moskvaya uçmasını müşayət ediblər. Rusiya paytaxtına çatan alman isə polisə müraciət edib. Araşdırmadan sonra bəlli olub ki, oğurluğu elə erməninin özü təşkil edib.
"Komsomolskaya pravda" qəzetinin yazdığına görə, günahkar artıq yaxalanıb və o, baş verənlərdə suçlu olduğunu etiraf edib. Digər cinayətkarların yaxalanması istiqamətində də işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB