Bu gün səhər Suriyanın Hələb şəhərində baş verən partlayışlar nəticəsində onlarla insan xəsarət alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ilk iki partlayış şəhər meydanında, Zabitlər Klubunun qarşısında baş verib.
Dövlət televiziyası şəhərdə terrorçular tərəfindən üç partlayışın törədildiyini bildirir. Yerli kütləvi informasiya vasitələri isə partlayışlarda ən azı 30 nəfərin öldüyü, 32 nəfərin yaralandığı barədə məlumat yayıb.
Qeyd edək ki, hökumət qoşunları iki aydan artıqdır ki, ölkənin iqtisadi paytaxtı olan Hələbdə müxalifətin silahlı müqavimətini qıra bilmir. Şəhərin 75 faizi müxalifətin nəzarətindədir, burada 18 min silahlı müxalifin olduğu təxmin edilir. Hələbin 2,5 milyon nəfər əhalisi var. Şəhərə nəzarət həm hökumət, həm də müxalifət üçün strateji əhəmiyyət kəsb edir. Müxalifət ötən həftə şəhər uğrunda həlledici döyüşlərin başladığını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB