Yaponiyada 100 yaşı keçənlərin sayı 40 min 399-a çatıb. Bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Keçən illə müqayisədə bu ölkədə 100 yaşı keçənlərin sayı 4 min nəfər artıb. Bunlardan 35 mini qadındır. Yaponiyada ən yaşlı qadın 114 yaşındadır və Okinava adasında yaşayır. Ən yaşlı yapon kişisi isə 112 yaşındadır və Kyoto adasının sakinidir.
Ancaq çox yaşayan yaponların təbii artım göstəriciləri Səhiyyə Nazirliyində narahatlıq doğurur. Ölkədə doğum göstəricisi aşağıdır. Hər ölən 2 nəfərə təxminən 1,32 yeni dünyaya gələn uşaq düşür. Səhiyyə Nazirliyi bu gedişlə 2050-ci ildə ölkə əhalisinin sayının 127 milyondan 100 milyona düşəcəyini proqnozlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB