Suriya Türkiyəni hədələdi

Türkiyə PKK məsələsində xəbərdarlıq etdi, B. Əsədin cavabı isə çox sərt oldu. İranın "Fars" agentliyinin iddiasına görə, Suriya lideri bir neçə gün öncə Ankaraya təhdid xarakterli mesaj göndərib. SİA-nın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə,Türkiyənin "PKK-ya dəstəyi dayandır" xəbərdarlığına Suriya lideri Bəşər Əsəd belə cavab verdi: "Siz də Suriyanın daxili işlərinə qarışmaqdan əl çəkin. Bunu davam etdirəcəyiniz təqdirdə əlimizdəki raket və silahları PKK-ya verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə