Prezident xərçəng xəstəliyinə yoluxub

Kolumbiya prezidenti Xuan Manuel Santosda prostat vəzinin xərçəngi tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu prezidentin özü açıqlayıb. Xəstəliyin tez aşkar edilməsi isə prezidentin daha tez sağalmaq şansını artırıb.

61 yaşlı prezident bu xəbəri Prezident sarayında qəzet işçilərini verdiyi açıqlamasında deyib. O, şişin bədənindən çıxarılması üçün sabah əməliyyat olunacaq. Şişin kiçik və xoşxassəli olduğunu deyən prezidentin sözlərinə görə, onun əməliyyatdan sonra sağalma şansı 97%-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə