Suriya daxilində qarşıdurma zamanı Akçakale yaxınlığına düşən bomba Türkiyəni Suriyaya nota verməyə vadar edib. Baş Qəraragahla hər an əlaqə saxladığını deyən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Suriyaya nota verildiyini söyləyib.
Türkiyənin sərhədlərini qoruyacaq qüdrətə sahib olduğunu ifadə edən Davutoğlu: " Akçakaledə və digər sərhəd bölgələrində vacib olan bütün tədbirlər alındı, lazım olan işlər görüldü, Suriyaya nota verildi. BMT və NATO məlumatlandırıldı. Sərhəd istiqamətində pozuntular qeydə alınarsa haqlarımızdan istifadə edəcəyik. Türkiyə sərhəddə baş verən vəziyyətə nəzarət edəcək qüdrətə malikdir"-deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB