Suriyada da ümumdünya irsi məhv edildi

Suriyada da ümumdünya irsi məhv edildi

Suriyanın hökumət qoşunları ilə qiyamçılar arasında gərgin döyüşlərin getdiyi Aleppo şəhərində orta əsrlərə aid bir neçə bazar məhv edilib. Qədim şəhərin yanan rayonu YUNESKO-nun ümumdünya irs siyahısına daxildir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Aleppo Suriyanın iri və əhalinin ən sıx olduğu şəhəridir. Aleppoda qədim mağaza və oyma taxta fasadlı evlərin olduğu qədim şəhər YUNESKO-nun ümumdünya irsi siyahısına daxildir. İnternetdə yayılan həvəskar videogörüntülərdə Yaxın Şərqin ən yaxşı qapalı bazarlarından biri olduğu yerdə qalan küllük görünür.

Qeyd edək ki, qiyamçıların ələ keçirdiyi Suriya şəhərlərində tarixi abidələrin məhv edilməsi barədə məlumatlar ilk dəfə deyil açıqlanır. Qiyamçılar nadir artefaktları ölkədən çıxarır və onları silahla dəyişirlər.

YUNESKO Suriya ərazisindəki 40 abidəni ümumdünya irs siyahısına daxil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə