Çexiya prezidenti Vatslav Klaus qeyri-adi hücuma məruz qalıb. Verilən xəbərə görə, Xrastava şəhərindəki körpünün açılışında iştirak edən prezident Vatslav Klausa plastmas oyuncaq tapançadan atəş açıblar. Naməlum şəxs Klausa yaxınlaşaraq plastik kürəciklərlə bir necə dəfə prezidentin saq qoluna atəş açıb və hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra həbs olunan bu şəxsin psixikasının sağlam olmaması ehtimal olunur. Vatslav Klaus xəsarət almayıb və səfərin proqramı dəyişməyib.
Hələ aydın deyil hansı səbəbdən prezidentin cangüdənləri bu şəxsin dövlət başçısına yaxınlaşıb atəş açmasına imkan veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB