Ən güclü rəqib kimdir?

Almanyada gələn il keçiriləcək seçkilərdə federal kansler Angela Merkelin ən böyük rəqibi məlum olub. Belə ki, Sosial Demokrat Partiyasının (SDP) rəhbəri Sigmar Gabriel, keçmiş maliyyə naziri Peer Steinbruckun baş nazir vəzifəsinə namizədliyini açıqlayıb.

Gabriel xarici işlər naziri Frank-Walter Steinmeierin Steinbruckla razılığa gələrək namizədlikdən geri çəkildiyini söyləyib. Bununla da günlərdir gündəmi zəbt edən "Merkelin rəqibi kim olacaq?" sualı cavablandırılmış olub.

Qeyd edək ki, SPD-nin Siyasi şərhçilər 65 yaşlı Steinbrucku Merkelin rəqibləri arasında ən təhlükəlisi hesab edirlər. Ancaq son əldə olunan anketler Almanların yarısından çoxunun hələ də Merkeli kansler olaraq görmək istədiyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə