Suriyada Bəşər Əsədə sadiq ordu qüvvələri müxaliflərin sıx yaşadığı şəhərlərə hücum edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, əməliyyatlar zamanı ağır silahlardan istifadə olunub və nəticədə 161 nəfər öldürülüb.
Suriya İnsan Haqqları təşkilatı bildirib ki, paytaxt Dəməşqdə 51, Hələbdə 48, Dərəyəzdə 21, Dərədə 19, İdlibdə 10, Həmada 7, Humsda 4 olmaqla ümumilikdə 161 nəfər həyatını itirib.
Bu arada paytaxt Dəməşqin bir sıra bölgələri toplardan və tanklardan açılan atəşlərə məruz qalıb. Nəticədə aralarında qadın və uşaqların da olduğu çoxlu sayda insan saxlanılaraq edam edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB