BMT-nin baş katibi Pan Gi Mun Kanada komiklərinin hədəfinə tuş gəlib. Dünya mediası xəbər verir ki, ikincilər Munla ölkənin baş naziri Stiven Harper kimi təxminən beş dəqiqə danışıblar.
Məsələ belə olub: Harper BMT-nin ali rəsmisinə zəng edərək ona başının saç düzümünü super kleylə qaydaya salmağa qarışdığından danışıb və buna görə Nyu-Yorkda BMT Baş Assambleyasının iclasına qatıla bilmədiyini deyib.
Pan Gi Munun rəsmi təmsilçisi faktın doğruluğunu təsdiqləyib və bildirib ki, baş katib məsələni yumor hissi ilə qarşılayıb. Eyni zamanda o, belə zarafatların cənab Munun dəyərli vaxtını ala biləcəyini də dilə gətirib. Görünür, başqa potensial zarafatcıllara mesaj göndərib.
Məsələ barədə danışan komiklərdən biri Mark-Antuan Odet Pan Gi Munla tez bir zamanda telefon əlaqəsi yarada bildiyini və bundan xeyli təəccübləndiyini deyib: "Fikirləşirdik ki, bu işə bir neçə gün vaxt sərf edəcəyik".
Qeyd edək ki, Mark-Antuan Odet və Sebastian Trüdel cütlüyü Kanadanın məşhur komiklərindəndirlər. Onlar biznesmen və siyasətçiləri telefonda dolamaları ilə məşhurdurlar. Əvvəllər komiklərin "qurbanları" sırasında Fransa prezidentləri Nikola Sarkozi, Jak Şirak, həmçinin Sara Peylin, Bill Qeys və digər məşhurlar olub.168.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB