Gürcüstan həbsxanalarında nələr baş verir?

Gürcüstanda zorlamaya görə daha bir həbsxana əməkdaşları tutuldu
Gürcüstan həbsxanalarında nələr baş verir?

Gürcüstanın Kutaisi şəhərindəki 16 saylı həbsxananın əməkdaşları dustaqları zorladıqlarına və işgəncələr verdiklərinə görə tutulublar. "Novosti-Qruziya" xəbər verir ki, həbs edilənlər arasında türmənin direktoru Zurab Ruxaya, rejim rəisi David Narsiya da var.

Bu barədə məlumat verən prokuror Şota Tkeşelaşvili bildirib ki, saxlanılanlara qarşı "işgəncə" maddəsi irəli sürülüb.

Qeyd edək ki. Kutaisi həbsxanası Gürcüstanın ikinci böyük islah müəssisəsidir.

Sentyabrın 18-də Tbilisidəki Qldansk həbsxanasında baş verən olaylarda isə 12 nəfər saxlanılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə