Ermənistanın baş prokuroru Aqvan Ovsepyan öz ölkəsinin parlamentinə müraciət edərək keçmiş xarici işlər naziri Vardan Oskanyanı deputat toxunulmazlığının alınmasını xahiş edib. Erməni saytları xəbər verir ki, Oskanyan çirkli pulların yuyulmasında ittiham olunur. Bu məsələ ilə bağlı Ermənistanın Milli Təhlükəsizik Xidməti cinayət işi qaldırıb.
Xəbəri təsdiqləyən Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Sona Truzyan bildirib ki, müraciət qanunverici orqana bu gün ünvanlanıb və məqsəd Oskanyanı cinayət məsuliyyətinə cəlb etməkdir.
Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti qeyri-leqal yollarla daxil olan iri məbləğdə gəlirlərin çirkli yollarla yuyulması üzrə cinayət işi açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB