100 milyon insan öləcək

"Qlobal istiləşmə səbəbilə baş verən iqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 100 milyon insanın ölümü ilə nəticələnəcək. Hazırda iqlim dəyişikliyi dünya iqtisadiyyatına 1,2 trilyon dollar ziyan verib".

İqlim dəyişiklikləri və onun nəticələrilə bağlı araşdırmalar aparan Dünya DARA Cəmiyyətinin rəsmisi verdiyi açıqlamada belə deyib. O bildirib ki, qlobal istiləşmə nəticəsində vəfat edənlərin 90%-i kasıb və inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar olacaq. Həmçinin iqlim dəyişikliyi nəticəsində insan təlafatı ilə yanaşı, dünya iqtisadiyyatı da dərin böhranla qarşılaşacaq. Əgər bu böhranın qarşısı alınmasa, dünya iqtisadiyyatına 3,2 milyard dollar ziyan dəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə