"2014-cü ildə kim prezident olsun" sualına verilən cavablarda qarşıya iki isim çıxır: Abdullah Gül və Tayyib Ərdoğan. Gülü prezident görmək istəyənlərin nisbəti 21 faiz, Ərdoğanı isə 18 faiz təşkil edir.
Abdullah Gülün yenidən namizəd olmasını dəstəkləyən CHP-çilərin nisbəti 31 faizdir. Abdullah Gül və ya Tayyib Ərdoğanı seçmək məcburiyyətində qalacaq təqdirdə CHP-çilərin 51 faizi Ərdoğanı, 48 faizi Gülü seçəcəyini bildirib.
Lakin "Abdullah Gül və Tayyib Ərdoğan arasında bir seçim etmək məcburiyyətində olsanız" sualına ictimaiyyətin verdiyi cavab maraqlıdır. Belə bir vəziyyətdə xalqın 51 faizi Gülü, 23 faizi Ərdoğanı seçəcəyini söyləyir. Bu nəticələr cəmiyyətin, xüsusilə AK partiyadan olmayan və bu səbəbdən öz namizədlərinin respublika başçısı seçilməsinə ümid etməyənlərin Ərdoğana yox, Abdullah Gülə dəstək verəcəkləri məlum olur.
CHP-çilərin 48 faizi Gülə, 5 faizi isə Ərdoğana səs verə biləcəklərini, MHP-çilərin 58 faizinin Gülü, 7 faizinin isə Ərdoğanı prezident seçəcəklərini deyiblər.
Ən maraqlısı isə hakim AK partiyalıların nəticələridir. Belə ki, Gül və Ərdoğan arasında seçim etmək zərurəti yaranarsa AK partiyalıların 52 faizi Gülün, 39-u isə Ərdoğanın prezidentliyi istəyir.
Xalqın ən çox bəyəndiyi lider 34.2 faizlə baş nazir Ərdoğandır. Sırayla Abdullah Gül (5.7 faiz), Kamal Kılıçdaroğlu (4.8 faiz), Mustafa Sarıgül (2.7 faiz) və Dövlət Baxçalı (2.4 faiz) gəlir. Ən çox inanılan lider 41 faizlə yenə baş nazir Ərdoğandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB