Yunanıstanda cəmiyyət və xüsusi katiblər sabah 24 saatlıq tətil təşkil edəcək.
Tətildə Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və IMF nümayəndələrindən ibarət troyka heyətinin istəyilə hökumət tərəfindən 2013-2014-cü illər üçün büdcə xərclərinin 11,5 milyard dollar azaldılmasına qarşı etiraz ediləcək.
Tətilə yerli rəhbərlik, vergi məmurları, müəllimlər, səhiyyə işçiləri, tacirlər, vəkillər, mühəndislər, bank məmurları və liman işçiləri, ümumiyyətlə cəmiyyətin bir çox nümayəndələri qoşulacaq. Xalq səhər saatlarından etibarən müxtəlif meydanlarda toplanaraq parlamentin yerləşdiyi Sintagma meydanına gedəcək. Təhlükəsizlik tədbirləri çərçivəsində tətil zamanı Sintagma və Panepistimio metrostansiyalarının xidməti dayandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB