Rəsmilərin verdiyi açıqlamalarda ölü sayının artacağı bildirilir
Türkiyənin Bolu şəhərində dəhşətli yol qəzası baş verib. Trans-Avropa Magistral (TEM) yolunda baş verən qəzada 10 adam ölüb, 47 nəfər isə yaralanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qəza gecə 01.25 radələrində baş verib. Hadisə nəticəsində 8 nəfər yerindəcə keçinib. Bir çox cəsəd isə avtobusdan kənara düşüb. Yaxınlıqda yerləşən xəstəxanalara aparılan 46 yaralıdan ikisinin həyatını xilas etmək mümkün olmayıb.
Rəsmilərin verdiyi açıqlamalarda isə ölü sayının artacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB