Prezident sərt bəyanat verdi!

Serbiyanın prezidenti Tomislav Nikoliç sərt bəyanatla çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, ölkəsinin Kosovonun müstəqilliyini tanımayacağını deyib.

Nikoliç bildirib ki, Serbiya Kosovonun müstəqilliyi ilə bağlı heç bir danışıq prosesində iştirak edə bilməz. Bununla belə, o Kosovo ilə danışıqlardan tam imtina etmədiyini də diqqətə çatdırıb.

"Hazırkı vəziyyətə son qoyulmalıdır. Razılaşma birtərəfli hərəkətlərlə deyil, razılıq nəticəsində əldə olunmalıdır",- deyə Nikoliç bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə