Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında əslən Gürcüstandan olanların rəsmi Tiflis əleyhinə etiraz aksiyası keçirilib. Aksiya Mixail Saakaşvilinin Baş Assambleyasındakı çıxışı ilə eyni vaxta təsadüf edib. "Biz beynəlxalq ictimaiyyətdən Gürcüstandakı qətllər və işgəncələrə diqqət tələb edirik", - aksiyanın təşkilatçılarından Vaxtanq Qomelauri deyib. Onun sözlərinə görə, Gürcüstan həbsxanalarındakı işgəncə faktları ilə bağlı kadrlar yayıldıqdan sonra hər bir gürcü Saakaşvili hakimiyyətinə qarşıdır.
Qeyd edək ki, Mixail Saakaşvili BMT Baş Assambleyasındakı çıxışında həbsxanalardakı cinayətlərə görə məsuliyyət daşıyanların həbs edildiyini, ölkədə isə demokratiyanın çiçəkləndiyini bildirib. "Açıq cəmiyyət müsbət dəyişikliklərin ağrılı, xaotik və səs-küylü proseslərdən keçdiyi yerdir", - Gürcüstan prezidenti bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB