Yaponiya Tayvanla sulaşdı

Mübahisəli Senkaku adalarına görə Yaponiya və Tayvan arasında "dəniz döyüşü" olub. Rusiya mətbuatı xəbər verir ki, Tokio bu adaları onun su ərazilərinə daxil olduğunu bildirir.

Məlumata əsasən, Tayvanın balıqçı qayıqları bu zonaya daxil olmaq istəsə də, yaponların patrul gəmiləri onlara maneçilik yaradıb və "su atəşi" açıb. Proses Yaponiya televiziyası ilə canlı yayımlanıb.

"Gündoğar" ölkənin "qələbəsilə" başa çatan qarşıdurmada gəmidəki helikopterler də hazırlıq vəziyyətinə gətirilib.

Son məlumata görə isə, 40-dək Tayvana məxsus balığçı gəmisi artıq neytral sulara yön alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə