"Google"a giriş qadağan edildi!

İran hökumətinin ən böyük axtarış saytı olan Google və onun elektron poçt xidməti Gmail-ə qoyduğu giriş qadağası tətbiq olunmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qadağanın səbəbi rəsmi olaraq açıqlanmasa da İran mediası, qərarın İslamı təhqir edən "Müsəlmanların məsumiyyəti" filminə cavab olduğunu söyləyir. Çünki filmdən olan fraqmentləri elə YouTube və Google-dan tapmaq olur. YouTube isə sərt reaksiyalara baxmayaraq videonu saytdan çıxarmağı rədd edib.

Xatırladaq ki, İran ilə Google daha əvvəl də qarşı-qarşıya gəlmişdi. Belə ki, Tehran rəhbərliyi keçən il may ayında "Google Map" xidmətində "İran Körfəzi" tərifini silib, İran ilə Ərəb yarımadası arasındakı suları adsız buraxdığına görə Google-a sərt reaksiya göstərmişdi.

XANIM NAĞIYEVA

Bütün xəbərlər Facebook səhifəmizdə