İran prezidenti Mahmud Əhmədinejat Amerika Birləşmiş Ştatlarına gedib. Əhmədinejatın bir həftəlik səfərinin məqsədi, burada keçiriləcək BMT Baş Assambleyasının 67-ci sammitində iştirak etməkdir. İran dövlət başçısının sammitdə çıxışı ilə yanaşı, BMT-nin baş katibi Pan Gi Munla görüşü də nəzərdə tutulur.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları Əhmədinejata viza versə də, onun rəhbərlik etdiyi nümayəndə heyətinin 20 üzvünü ölkəyə buraxmaqdan imtina edib. Əhmədinejatı Amerikada 150 nəfərlik xüsusi mühafizə xidməti qoruyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB