İranda tələbə qızlara tədris fənləri seçimində məhdudiyyətin tətbiqini nəzərdə tutan yeni qaydalar qüvvəyə minib. BBC-nin verdiyi məlumata görə, yeni qaydalarda qadınlara nüvə fizikası, kibernetika və ingilis ədəbiyyətını öyrənmək qadağandır. Ümumilikdə İranın 30 ali məktəbində 80-ə yaxın fənn qadağa siyahısına salınıb.
İranlı məmurlar son aylar dəfələrlə ölkədə doğum səviyyəsinin azalmasından narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, İranın ali məktəblərində təhsil alanların əksəriyyəti qızlardır.
Hüquq müdafiəçilərinin fikrincə, qadağaların tətbiqi ali təhsil alan qadınların sayının azaldılmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB